Блог

Webnode

Yeni bloqum

12/11/2013 10:39

 

http://tumurcuq.blogspot.com/

Yeni bloqumla tanış olun. Bu bloqu 9-11 noyabrda keçirilən "Web 2.0 passiv təhsildən aktiv təhsilə" treninqində yaratdım. Təlimçi Ramil Suleymanova dərin minnətdarlığımı bildirirəm.

          

Ağdamda təlimlər

30/08/2013 20:34

Ağdamın Eyvazlı kəndində başlanan təlimlər (19-30 avqust) uğurla başa çatdı. 19 iştirakçıdan yeddisi birinci dərəcəli, qalanları isə ikinci dərəcəli sertifikatla təltif olundu 

 

Treninqlərin sonuncu günü

17/08/2013 11:22

Nəhayət, 16.08.13, treninqlərin sonuncu günü gəlib çatdı.  Hamı həyəcanlı idi.  Axı, imtahan olacaqdı!  İmtahan suallarını gətirdilər və saat 10:00-da imtahan başlandı  Suallar sadədən mürəkkəbə ardıcıllığı ilə tərtib olunmuşdu. Mənim müdavimlərim yaxşı nəticə göstərdilər.  Təqdimatları da yüksək səviyyədə idi.   Buna görə də müdavimlərimin dördü də birinci dərəcəli sertifikatla təltif olundular.  Sonra şəkil çəkdirib vidalaşdıq

     

Bu gün Ramazan bayramıdır

08/08/2013 23:53

Bu gün müqəddəs Ramazan bayramıdır. Təlimlərə fasilə verdik. Sabah yenidən davam edəcəyik

Təlimlərin ikinci günü başa çatdı

06/08/2013 18:12

Artıq təlimin ikinci günü arxadadır. Davamiyyət heç də arzu olunan deyil. İştirak edən müdavimlər fəaldırlar. Birinci günün refleksiyası bunu təsdiq etdi. Bu gün müdavimlər "Öyrəndiklərim üzərində düşüncələrim" başlığı altında kiçik esse də yazdılar       

! Təlimlər başlandı

05/08/2013 21:11

       V –VI siniflərdə  2013-2014-cü tədris ilində dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları başladı.Mən Musiqi fənni üzrə təlimçiyəm.Təlim Goranboy rayonunda keçir. Siyahıda olan müəllimlərin çoxu gəlməyib.  Buna baxmayaraq birinci gün maraqlı keçdi

                         
                    

İlk bloq

19/07/2013 22:13

Bu gün bloq fəaliyyətə başladı. 

Webnode